Marketinqin ASAN satış yolu

AKGT , ASANYOUTH , MARKETING

2 may 2015-ci il tarixində 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Könüllülərimizə Azərbaycanda marketinq sahəsi üzrə mütəxəssis olan Rəşad Hüseynov tərəfiindən “Marketinqin ASAN satış yolu” təlimi keçirildi. Təlimdə ASAN Könüllüləri marketinqin müasir metodları, satışın müasir yolları, marketinqdə “SWOT” və “ANSOFF” modelləri, satışda “NLP”nin rolu, 10-3-1 modelləri, marketinq və satışda “Guerilla” metodu və s. haqqında öyrənmişdir.