Hər Uşaq – 1 Çiçəkdir

AKGT , ASANYOUTH , HƏRUŞAQ1ÇİÇƏKDİR , CHILDREN

ASAN Könüllülərinin ənənəvi olaraq “Hər Uşaq - 1 Çiçəkdir” layihəsi baş tutub.

ASAN Könüllüləri “Megafun” əyləncə mərkəzinin dəstəyi ilə 10 may 2015-ci il tarixində ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən ənənəvi Gül Bayramında “Megafun” əyləncə mərkəzində kimsəsiz uşaqlarla birlikdə bir gün keçirərək həyatın çiçəkləri olan uşaqlara xoşbəxt anlar bəxş edib. 

Daha sonra uşaqlar və ASAN Könüllüləri “Megafun” avtobusları ilə Qış Bulvarında şəhər gəzintisinə çıxaraq gül kompozisiyaları ilə tanış olmuşlar.

Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olunmuş uşaqlara özlərini xüsusi hiss edəcəkləri gün bəxş edilməsi, onların cəmiyyətə yenidən qazandırılmasından ibarətdir.