İlk Avropa Oyunlarına həsr olunmuş mahnının təqdimatı oldu

AKGT , ASANYOUTH , BAKU2015

ASAN Könüllülərinin təşəbbüsü ilə hazırlanmış “İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin təqdimatı keçirildi. 

Müğənnilər Samir Cəfərov və Sevda Ələkbərzadənin ifa etdiyi mahnı ASAN Könüllülər təşəbbüsü ilə ərsəyə gəlib. Mahnının klipində də həmçinin ASAN-ın və İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin könüllüləri çəkiliblər. Mahnının sözləri Yazçılar Birliyinin üzvü Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova aiddir. Mahnı həmçinin ingilis dilinə də tərcümə olunub. Tərcümə Nigar Həsənzadəyə məxsusdur.

Bundan başqa, ASAN Könüllələrinin təşəbbüsü ilə İlk Avropa Oyunları ilə bağlı flayerlər də hazırlanıb. Flayerlərdə mahnının hər iki dildə sözləri əks olunub.