“ASAN Bələdçi”-də növbəti ekskursiya

AKGT , ASANYOUTH

14 may 2015 tarixində “ASAN Bələdçi” layihəsi çərçivəsində könüllülərimizin İçərişəhər Dövlət Tarix-Memarlıq Kompleksində növbəti görüşü baş tutdu.

Könüllü bələdçimiz 2 saylı “ASAN xidmət” mərkəzinin məzun könüllüsü, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Master 2” iştirakçısı olmuş Orxan İsmayılov olmuşdur.
 

Bu dəfəki ekskursiyamızın 30-a yaxın iştirakçısı var idi. Bələdçimiz ekskursiyaya ASAN könüllülərinə İçərişəhər ilə bağlı ümumi məlumat verərək başladı.

Daha sonra könüllülərimizi Cümə-Aşur Məscidi, Məhəmməd Məscidi, 2 Mərtəbəli Karvansara, Hacı Bani Hamamı, Arxeoloji Park, Zəncirli Ev, Bakı Xanlıqqlarının İqamətgahı, Qoşa Qala, Bucaqlı Qala və s. kimi maraqlı abidələr ilə tanış edərək onlar haqqında ətraflı danışdı.

Sonda könüllülərimiz arasında ekskursiyamız haqqında sorğu keçirilmiş və könüllülərimizin əksəriyyəti ekskuriyamızı yüksək balla qiymətləndirmişdilər.