“İnnovativ idarəetmə məktəbi"ndə növbəti görüş

AKGT , ASANYOUTH , ASANSCHOOL , İNNOVATİVİDARƏETMƏ

Könüllülərimiz Bəhram Xəlilov ilə görüşdü.

2015-cil il 30 may tarixində ASAN könüllülərinin təşəbbüsü ilə Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov könüllülərimiz ilə görüşdü.

Dövlət qulluğuna maraq göstərən könüllülərimiz qonağımızın nitqini böyük maraqla dinləmiş, gələcəkdə dövlət qulluqçusu olmaq, dövlətə xidmət etmək istiqamətində onları maraqlandıran suallarını ünvanlamışlar.

Komissiyanın yaradılmasını zəruri edən amillərdən danışan B.Xəlilov, vurğulamışdır ki, Komissiyanın qarşısında qoyulan əsas məqsədlərdən birinə - dövlət qulluğuna qəbulda neqativ halların qarşısının alınmasına nail olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan bu sahədə böyük uğurlar əldə etmişdir. Bu uğur beynəlxalq səviyyədə də qeyd olunur. Artıq dövlət qulluğuna qəbulda Azərbaycan təcrübəsi başqa ölkələr tərəfindən də öyrənilir.

Nəzərə çatdırılmışdır ki, 2007-ci ildən bu günə kimi Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqə və müsahibələr nəticəsində 5000-ə yaxın vətəndaşımız dövlət qulluqçusu adını almışdır. Bunların da təxminən 80%-ni gənclər təşkil edir.

Dövlət qulluğuna qəbulda aktiv iştirak edən könüllülərimiz bir-birindən maraqlı suallar ünvanlandırmış, qonağımızdan məsləhətlər almışlar.