Bərdədə ASAN könüllüləri üçün "ASAN ictimai xidmətlər"in təqdimatı

AKGT , ASANYOUTH

Bərdə "ASAN xidmət" mərkəzlərində ASAN könüllüləri üçün “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə "ASAN ictimai xidmətlərin təqdimatı və gənclər üçün könüllülük imkanları" mövzusunda seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır.