Bələdçimiz Əhmədov Əhməd

AKGT , ASANYOUTH

ASAN bələdçi layihəsində bu dəfə bələdçimiz 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüsü Əhməd Əhmədov oldu.

ASAN könüllülərinin gəzintisi şəhərimizin qədim tarixini canlı şəkildə əks etdirən İçərişəhər qoruğunda baş tutdu. Gəzintiyə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən başlanıldı, Asəf Zeynallı küçəsi ilə hərəkət edildi.
Bələdçimiz Əhməd könüllülərimizi Cümə məscidi, Ləzgi məscidi, İki mərtəbəli Karvansara, Qız Qalası, Qüllə küçəsi, Qoşa qala, Zəncirli ev, Bazar meydanı kimi tarixi abidələr ilə gəzdirdi.  Ardınca Şirvanşahlar muzeyi, Məhəmməd məscidi kimi dünya əhəmiyyətli abidələr haqqında məlumat verildi. Könüllülərimiz maraqlı gəzinti keçirərək əylənmiş və xatirə fotoları çəkilmişdir.