ASAN Könüllüləri Binəqədi Rayon İcra Hakimiyyətində

AKGT , ASANYOUTH, ASANSCHOOL , BİNƏQƏDİ

4 iyul 2015-ci il tarixində ASAN könüllüləri “Master 2” mərhələsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində görüşdə oldular. Onlar könüllülüyün ilk günü olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış olmuş, onun müxtəlif struktur bölmələri və burada görülən işlər ilə maraqlanmışlar. Həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov gənclərlə görüşmüş və səmimi söhbət aparmışdır.