ASAN məktubla arzular reallaşır

AKGT , ASANYOUTH , AZERBAİJAN

Bakı və Gəncə şəhərləri, eləcə də Bərdə, Sabirabad, Saatlı, Göy göl və Ağdam rayonlarının ərazisində yaşayan uşaqlar Bayram ərəfəsində arzuladıqları hədiyyələri məktublara yazaraq ASAN xidmət mərkəzlərinə göndəriblər. Göndərilmiş hər bir məktub mərkəzlərdə fəliyyət göstərən könüllülərə və əməkdaşlara çatdırılmışdır.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə və “Sevinc paylaşdıqca çoxalar” devizi altında davam edən aksiya çərçivəsində artıq hədiyyələrin yarıdan çoxu alınmışdır.