Sabirabad könüllüləri fiziki məhdudiyyətli uşaqlarla görüş keçirib

AKGT , ASANYOUTH , CHILDREN

 

Sabirabadda görüş

 "ASAN Könüllüləri" Təşkilatı 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günündə  Sabirabad rayonunda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzinin könüllülərilə birlikdə fiziki məhdudiyyətli uşaqlarla görüş keçiriblər. Görüşdə  uşaqlara 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili gününün mahiyyətilə bağlı məlumat verib.

"ASAN Könüllüləri" Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək belə bir görüşün keçirilməsi Sabirabadda fəaliyyət göstərən könüllülərin təşəbbüsü olduğunu və bu təşəbbüsü yüksək qiymərləndirdiyini qeyd edib.

Daha sonra könüllülərimiz Sabirabad "ASAN xidmət" mərkəzinin qonaqları olan uşaqlarla bayram süfrəsinə əyləşiblər.