Milli Kino Günü

AKGT , ASANYOUTH , CULTURE

Heydər Əliyevin sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino günüdür

 

 Milli kinomuzun 117 yaşı tamam olur. 

1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həminil avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film - "Balaxanıda neft fontanı" Bakıda nümayiş etdirilmişdi. Müsahibimiz kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə milli kinomuzundünəni, bu günü və sabahı ilə bağlı məlumat verərək vurğuladı ki, bu sahənin sonrakı inkişafında dahi bəstəkarımız Ü.Hacıbəyovun həyat və yaradıcılığının böyük rolu olmuşdur. Onun əsərləridəfələrlə ekranlaşdırılmış, hələ kinomuzun ayaq tutmağa başladığı illərdə bu əsərlərə müraciət olunmuşdur.

1916-cı ildə bəstəkarın "Arşın mal alan" operettası ekranlaşdırılmış və 1917-ci il yanvarın 3-də "Forum" kinoteatrında nümayiş olunmuşdur. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilkmüraciəti idi. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb. Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "Oolmasın, bu olsun" (1956), "Leyli və Məcnun" operası ekranlaşdırıldı. Sonra isə yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən "Üzeyir Hacıbəyov: Uzunömrün akkordları" filmi Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi.