9 Avqust. Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləndiyi tarix

AKGT , ASANYOUTH , VƏTƏNPƏRVƏRLİK , DÖVLƏTÇİLİK

Könüllülük bir dəyərdir!


Bu gün vətəndaşın rifahı üçün könüllü olanlar, zərurət yarandıqda Vətənin müdafiəsi üçün də könüllü olacaq.
Elə 23 il bundan öncənin bu günüdə də (09.08.1992) Könüllü döyüşçülərimizin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Gədəbəy rayonunun Başkənd qəsəbəsi erməni silahlı qüvvələrindən təmizlənmişdir.
Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı.
Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. 
1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.
Lakin Azərbaycan Milli Ordusunun hissələrinin, Əsasən könüllü gədəbəyli və tovuzlulardan təşkil olunmuş döyüşçülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd ələ keçirilib.
Azərbaycanın bütün əzəli torpaqlarının düşmən tapdağı altından təmizlənməsi diləyi ilə.