ASAN Könüllüləri Kitab Klubunun üzvləri Miniatur Kitab Muzeyində

AKT , ASANYOUTH, KİTABKLUBU

Könüllülərimiz Kitab Klubunun hazırda davam edən "Hərəyə Bir Kitab Paylaşaq" layihəsi çərçivəsində Miniatur Kitab Muzeyində olublar.

Muzeydə könüllülərimizə muzeyin yaranma tarixi və orada olan kitablar barədə məlumat verilib.

Qeyd edək ki, Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə fəaliyyətə başlamışdır. Muzey Zərifə Salahova  tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılmışdır.

Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Vitrinlərə 60 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplamışdır.