"ASAN Məktub" Quzanlıda

"Sevinc Paylaşdıqca Çoxalır" Sloqanı ilə yola çıxan "ASAN Məktub" bu dəfə  Ağdamın Quzanlı qəsəbəsində bir çox ailənin sevincinə səbəb oldu.
Quzanlı qəsəbəsindən uşaqların məktublarda yazaraq istədikləri hədiyyələr öz sahiblərinə çatıb. Hədiyyələrin verilməsində "ASAN Könüllüləri" Təşkilatının sədri Fərid Sadıxlı özü də iştirak edərək, cəbhə bölgəsinin  cəsarətli sakinlərinin sevincinə şərik olub.
Qeyd edək ki, Quzanlı Azərbaycan Respublikası Ağdam rayonunun  inzibati ərazi vahidində yerləşən qəsəbədir.
Quzanlı qəsəbəsi cəbhə bölgəsində yerləşir. Ağdam şəhərinin işğalından sonra Quzanlı qəsəbəsi rayon mərkəzini əvəz edir.
1992-ci ildən etibarən burada məcburi köçkünlər də məskunlaşıb və hazırda Quzanlıda 18 minə qədər əhali yaşayır.