Milli pulumuzun tarixi

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 23 il ötür.  Müstəqil Azərbaycan Respublikasının Manatı  1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövriyyəyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq buraxılıb.