"Hərəyə Bir Kitab Bölüşək" layihəsinin finalçıları bəlli oldu

"Hərəyə Bir Kitab Bölüşək" layihəsinin finalçıları bəlli oldu.

Bu gün "Hərəyə Bir Kitab Bölüşək" layihəsinin yarımfinal mərhələsi keçirilib. İştirakçılar 2 həftə öncədən  onlara verilmiş kitabları mütaliə edərək bu gün geniş auditoriyaya təqdim ediblər. Kitabların təqdimatı olduqdan sonra, münsiflər heyəti və dinləyicilər iştirakçılara çıxışlarına görə səs veriblər. Səsvermənin nəticəsi olaraq ən çox səs toplamış ilk 5 nəfər finala vəsiqə qazanıb.

İştirakçılardan Lev Tolstoyun "Anna Karenina" əsərilə Əlibəyli Nəsrin, Cek Londonun "Martin İdin" əsərilə Qəribova Vəfa, Dan Brownun "Cəhənnəm" əsərilə Xancanov Kərim, Qurban Səidin "Əli və Nino" əsərilə Kamilli Mədinə, İsmayıl Şıxlının "Dəli Kür" əsərilə  Teymurzadə Vüsalə final mərhələsinə vəsiqə qazanıblar.