Gəncə ASAN Xidmət mərkəzinin könüllüləri Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını səhnələşdiriblər

AKGT , ASANYOUTH , CULTURE

Gəncə ASAN Xidmət mərkəzinin könüllüləri Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını səhnələşdiriblər
Bu, könüllülərin iştirakı ilə hazırlanan sayca ikinci tamaşadır. Amma, onların uğurları bununla da yekunlaşmır...
 
"Solğun çiçəklər" tamaşasından əvvəl  20-dən artıq rəsm və dekorativ tətbiqi sənət nümunəsinin nümayiş olunduğu sərgiyə baxış keçirilib. Burada Gəncə ASAN Xidmət mərkəzinin cari və məzun könüllülərinin əl işləri sərgilənib. Könüllülər iki ay müddətində həm ASAN Xidmət mərkəzində fəaliyyət göstərən orqanların işini yaxından öyrənir, kollektivdə işləmə bacarığına yiyələnir, həm də bir tarixi şəxsiyyət haqqında xüsusi material hazırlayır. Təqdim olunan tamaşa da bu fəaliyyətin bir parçasıdır.  
 
Elnur Rzayev- Gəncə ASAN Xidmət mərkəzinin direktoru: "ASAN Xidmət mərkəzləri arasında keçirilən bu kubokda Gəncə ASAN Xidmət mərkəzi könüllülərinin hazırladığı iki videorolik qalib olub. Müslüm Maqomayev və Səməd bəy Mehmandarov qruplarının hazırladığı materiallarlar birinciliyə layiq görülüb”.
Könüllülərə qalibiyyət gətirən videomateriallar nümayiş olunduqdan sonra, kuboklar qrup üzvlərinə təqdim edilib. Ardınca isə könüllülərin ifasında rejissor Faiq Qasımovun səhnələşdirdiyi Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri nümayiş olunub. Gənclər bu fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar.
 
Kəpəz Tv