Bərdə Könüllüləri "Xəmsə" kuboku uğrunda gərgin mübarizə apardı

AKGT , ASANYOUTH , İNTELLEKTUALOYUNLAR , CHAMPIONSHIP

Bərdədə Xəmsə Milli İntellektual oyunu keçirilib.

Bərdə "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən könüllülərimiz "Xəmsə" kuboku uğrunda gərgin mübarizə aparıb.

"ASAN Könüllüləri" təşkilatının təşəbbüsü ilə yaradılmış ASAN İntellektuallar Klubunun Bərdə könüllüləri arasında təşkil etdiyi "Xəmsə" Milli İntellektual oyunu gərgin anlarla yadda qalıb.

İntellektual gənclərin iştirak etdiyi komandalar içindən qalibi təyin etmək çətin olub. Həyəcan dəqiqələri altında oxunan suala doğru cavab verərək final mərhələsindən "Buta" komandası qalib çıxıb.

Qalib komandaya simvolik olaraq kubok təqdim edilib.

Qeyd edək ki, ASAN İntellektual klubunun fəaliyyət istiqamətində keçirilən və keçiriləcək oyunların əsas məqsədi  gənclərin intellektual səviyyəsinin, zehni inkişafının təmin edilməsindən intellektual oyunların gənclərin məşğuliyyətinə çevililməsinə həmçinin gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsindən ibarətdir.