"Yay Məktəbi" ölkə gündəmində

ASAN Könüllüləri “Yay məktəbi”ni başa vurdu

 

“ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə 28-30 avqust tarixində “Yay məktəbi” təşkil olunub

Qax rayonunda keçirilən “Yay Məktəbi”ndə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 60-dan çox könüllü iştirak edib.  3 gün davam edən layihə müddətində müxtəlif təlimlər, idman yarışları, Qax rayonun görməli yerlərinə turlar, həmçinin siyasi və ictimai xadimlərlə görüşlər təşkil olunub.

“Yay məktəbi” çərçivəsində könüllülərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Rəşad Əzizovla görüşüb. Görüşlər zamanı “Mütaliə etmənin əhəmiyyəti”, “Sosial şəbəkələrdən istifadə”,  “Sağlam mənəviyyat”, “Gənclər üçün yaradılmış imkanlardan öz şəxsi inkişafı üçün istifadə” kimi mövzular müzakirə olunub

Əsas mövzusu dəyərlər olan “Yay məktəbi”nin iştirakçıları komandalara bölünərək “ASAN Könüllüsü hansı dəyərləri özündə əks etdirməlidir və bunun üçün Təşkilat olaraq hansı tədbirlər planı həyata keçirmək lazımdır?” sualları ətrafında təqdimatlar hazırlayıblar. Hazırlanan təqdimatlar münsiflər tərəfindən qiymətləndirilərək qalib komanda müəyyənləşdirilib.

Qeyd edək ki, “Yay məktəbi”ndə iştirak edən könüllülər  “ASAN Könüllüləri” təşkilatının  loqosunda əks olunan dəyərlərə müvafiq olaraq Vətənpərvəlik, “Varislik”, “Dövlətçilik”, “Şəbəkə”, “Fərqlilik”, “Bərabərlik”, “Vahidlik”, “İnkişaf” adlanan 8 komandaya bölünüblər.

“Yay məktəbi”nin keçirilməsində əsas məqsəd könüllülərin müxtəlif mövzular ətrafında aparılan diskussiyalar zamanı biliklərini artırmaq, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi ilə yanaşı, eyni zamanda, Azərbaycanın qədim tarixi bölgələrindən olan Qaxın tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaq olub

sia.az  salamnews.az    apa.az  olaylar.az  dialoq.info   apa.az  azertag.az  region tv (Kanal s)  Xezer tv   olaylar.az   etaist.com