"Yay Məktəbi"ndə görüşlər davam edir

YAYMƏKTƏBİ, AKGT , ASANYOUTH

ASAN Könüllülərinin “Yay Məktəbi”nin II gündə könüllülərimiz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Cənab İnam Kərimovla görüş keçiriblər. Gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirən İnam Kərimov bildirib ki, Yay Məktəbinin keçirilməsi könüllülərin asudə vaxtlarını səmərəli keçirməsi, müxtəlif diskusiyalar zamanı bililklərini artırması üçün təqdirə laiqdir.
İnam Kərimov qeyd edib ki, Azərbaycanda könüllülük fəaliyyətinə ən böyük dəstək Prezident İlham Əliyev tərəfindən göstərilən qayğıdır. Dövlətimizin başçısının üç il əvvəl “ASAN xidmət” mərkəzinin açılışında könüllülərlə görüşməsi, eyni zamanda, ötən ilin dekabrında Sabirabadda keçirilən ASAN könüllülərinin Forumunda iştirak etməsi, öz tövsiyələrini verməsi bu qayğıya bariz nümunədir.