Biznes Psixologiyası

AKGT , ASANYOUTH , PSYCHOLOGY

Sumqayıt "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən könüllülərimiz   "Biznes Psixologiyası" adlı təlimdə iştirak ediblər. Sumqayıt Gənclər evində baş tutan təlimdə Biznesin ilk addımları necə atılır?,Speedwealth prinsipləri , Pulu necə idarə etməli və çoxaltmalı?, Biznesmen düşüncəsi, Rəhbər və işçi psixologiyası, Komandanı necə idarə etməli?, İclasları necə keçirməli? mövzular geniş müzakirə olunub.

Təlim  Best Friends Təhsil və Karyera Mərkəzi və Panda School-un rəhbəri Elvin Dadaşov tərəfindən keçirilib.  Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.