"Könüllülər Yurdu - Azərbaycan" layihəsi Gəncədə

AKGT , ASANYOUTH , KÖNÜLLÜLƏRYURDU

11-12 sentyabr tarixlərində “ASAN Könüllüləri” Təşkilatı Gəncə şəhərində də könüllülük fəaliyyətinin təbliği məqsədilə “Könüllülər Yurdu-Azərbaycan” layihəsini həyata keçirib. 
Açılış mərasimində Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak edib və gənclərə uğurlar arzulayıblar. 
Layihə çərçivəsində Gəncə “ASAN xidmət” mərkəzi qarşısında kitab fləşmobu keçirilib. Aksiyanın keçirilməsinin məqsəd gənclər arasında mütaliyənin artırılması olub.