Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi

AKGT , ASANYOUTH , CULTURE

3 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi və Milli musiqi günü münasibəti ilə tədbir keçirmişdir. Bakı Dövlət Universitetinin böyük akt zalında keçirilən tədbirdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin Könüllülərinin K19M1 qrupunun üzvləri , cari və məzun könüllüləri istedadlarını nümayiş etdirmişdir. 

Həvəskar könüllülərin iştirakı ilə Uzundərə havasını rəqs edilmiş, “Arşın mal alandan” səhnə oynanılmış, Valsda Müslim Maqomayevin “Sənsiz” mahnısı rəqs edilmiş, Arşın mal alanda “Pulun var?!” mahnısı könüllülərimiz tərəfindən oxunmuş, “Qaragilə” və “Gül bağladım dəstə” muğamı oxunmuşdur.  “Leyli və Məcnun” qum səhnəsi canlandırılmış və Üzeyir Hacıbəyovun adını daşıyan K19M1 qrupun təqdimatı göstərilmişdir. 

Tədbirədə ASAN könüllüləri Təşkialtının sədri, Dövlət Agentliyindən səlahiyyətli nümayəndələr  və ASAN xidmət mərkəzlərindən dəvət olunmuş 600 əməkdaş və könüllü iştirak etmişdir. Tədbirdə söz alan Dövlət Agentliyinin rəsmisi könüllülük fəaliyyətinin geniş dünya görüşünə malik gəncləri birləşdirdiyinin bir daha şahidi olduğun bildirmiş və bütün “ASAN xidmət” mərkəzləri arasında həyata keçirilən bu tədbirlərin gənclərimizin yaradıcılığını üzə çıxarıldığını vurğulanmışdır.
Sonda Üzeyir Hacıbəyovun şah əsəri olan Azərbaycan Respublikasının Himni səsləndirilmişdir.