"Könüllülər Yurdu - Azərbaycan" layihəsi Sumqayıtda

AKGT , ASANYOUTH , CHILDREN , KÖNÜLLÜLƏRYURDU

"ASAN Könüllüləri" təşkilatının təşəbbüsülə "Könüllülər Yurdu Azərbaycan" layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib.

“ASAN xidmət” mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 41 nəfər uşağa şəxsiyyət vəsiqələri təqdim edilib.

Tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Gənclər valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.