"Könüllər Yurdu-Azərbaycan" layihəsi Qubada

AKGT , ASANYOUTH , KÖNÜLLÜLƏRYURDU

 
İlin ən böyük layihəsi Quba şəhərində də həyata keçirilib.“Könüllülər Yurdu-Azərbaycan” layihəsinin açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev və Quba şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tariel İbrahimoviştirak edib və gənclərə uğurlar arzulayıblar. 
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəydə Quba və Xaçmaz rayonlarından ümumilikdə 60 gənc iştirak edib. İlk növbədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib. Daha sonra layihə iştirakçıları, 100 ailəyə könüllük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlər ilə bağlı maarifləndirici bukletlər (məlumat vərəqləri) paylayıblar.

Layihə çərçivəsində gənclərə könüllük fəaliyyətini praktiki cəhətdən öyrədilməsi məqsədilə Quba şəhəri Zədrabi kəndində yerləşən uşaqlar evinə ziyarət təşkil olunub.