Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təqdimatı

Aktiv həyat tərzi keçirmək və səyahət etməyi sevirsənsə, adrenalin yaşamaq və təbiətin ekstremal imkanlarını sınaqdan keçirmək istəyirsənsə, ( https://goo.gl/CRGmPw )  göstərilən keçidə daxil olaraq qeydiyyatdan keç, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən keçiriləcək təqdimata qoşul Ekstremal idman növləri ilə tanış ol ASAN Könüllülərinin "Ekstrim klubu"nun üzvünə çevril və keçiriləcək yarışlarda iştirak etmək hüququ qazan.

Təqdimat 1 Noyabr saat 14:00-da 1 saylı "ASAN xidmət" mərkəzinin təlim zalında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ekstremal turizmin müxtəlif növlərini - piyada turizmi, dağ turizmi, speleo turizm və qış idman növlərini özündə biləşdirir. Federasiyada birləşən klublar vasitəsilə mütəmadi ekspedisiyalar və yürüşlər həyata keçirir. Federasiya həm də marşrutlar, mağaralar, dağlar, çaylar haqqında məlumatları, zəruri avadanlıq əldə etməkdə yardımçı olur.