Şən və Hazırcavablar Klubları arasında Respublika Gənclər Çempionatı

“ASAN Könüllülər”  Təşkilatı və ŞHK Azərbaycan Liqasının birgə təşkilatçılığı ilə “ASAN Könüllüləri Kuboku”  uğrunda  Şən və Hazırcavablar Klubları arasında Respublika  Gənclər Çempionatını keçirilib.

 Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən çempionatda ümumilikdə 7 komanda iştirak edib.

8 Noyabr-Şən və Hazırcavablar gününə təsadüf edən turnirdə “Politex”,  “BDU”,  “Baku fm” , “Miraj”, “ASAN Könüllüləri”, “Uoll strit” , “Kuraj”, komandaları  mübarizə aparıblar.

Komandaları  Parni iz Baku komandasının üzvləri İlqar Nəbiyev  və  Yana Nikitina,  teleaparıcı Emin Musəvi, bəstəkar İsa Məlikov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və  Azərbaycan ŞHK Liqasının rəhbəri Rəşad Əzizovun  iştirak etdiyi münsiflər heyəti qiymətləndirib.

  İştirakçılar 4 konkurs – Salamlama, kapitanların yarışı, isinmə və video dublyaj üzrə qiymətləndiriliblər.

Böyük səhnədə debüt edən “ASAN Könüllüləri” klubu  münsiflərin səsverməsi nəticəsində qalib elan olundu.

Çempionatın kuboku,  Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  Ülvi Mehdiyev tərəfindən qalib komandaya təqdim olunub.

Qeyd edək ki çempionatın keçirilməsində əsas məqsəd   dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmin edilməsi , ölkə gənclərində sağlam yumor hissinin formalaşdırılması və əhalinin asudə vaxtının səmərəli təşkil edilməsidir.

Şən və Hazırcavablar Klubları arasında Respublika  Gənclər Çempionatı.