Bayraq Günündə Fləşmob

ASAN Könüllüləri “9 noyabr- Dövlət Bayrağı”gününə həsr olunmuş fləşmob gerçəkləşdirib.

"Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir" sloqanı ilə keçirilən fləşmob “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi - Bakı, Gəncə, Sumqayıt, Bərdə və Sabirabad şəhərlərini əhatə edib və ümumilkdə 100-dən çox Könüllü iştirak edib. Fləşmoba dövlət himninin ifasıyla başlayan könüllülər 3 rəngli bayraq şəkillərini geyimlərində və üzlərində əks etdiriblər. Bu fləşmob Bakı şəhərində ictimai nəqliyyatda da davam etdirilib. ASAN Könüllülərinin Nəqliyyat Bələdçiləri də üzlərində 3 rəngli bayraq şəklini əks etdiriblər və sərnişinlərin diqqətini 9 Noyabr Bayraq Gününə cəlb ediblər.