Milli İnternet Mükafatı

ASAN Könüllülərinin rəsmi web səhifəsi olanwww.asanyouth.az saytı İctimai-sosial saytlar nominasiyası üzrə Milli İnternet Mükafatı 2015-in qalibi seçilib.

Qeyd edək ki, Milli Net 2015-ə 14 Nominasiya üzrə 374 internet resurs təqdim olunub və onlardan yalnız 299 sayt yarışmaya buraxılıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 Nominant sayt arasından ən yaxşılarını seçib.
4 ay müddətində davam edən yarışmanın nəticəsi olaraq ASAN Könüllülərinin www.asanyouth.az saytı İctimai-sosial saytlar nominasiyası üzrə bütün rəqiblərini üstələyərək qalib gəlib.