Qarabağ əhalisi

 

 

     

 

  

 

25.01.2015                                                                                      Press Reliz

Qarabağ əhalisi

 “ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən  “Qarabağ əhalisi” layihəsinin təqdimatı keirilib.

Təqdimat mərasimində layihə çərçivəsində çəkilmiş “Füzuli əhalisi” və  “Müasir Füzuli” filmləri nümayiş etdirilib.

 Filmlərdə işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş və hazırda Qarabağyanı rayonlarda yaşayan vətəndaşların Qarabağla bağlı xatirələri, gündəlik yaşam tərzləri əks olunub.

Tədbirdə  KİV nümayəndələri, Qarabağ qazisi,  İlham Zəkiyev, Şuşa döyüşlərində iştirak etmiş Ağalar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri iştirak ediblər.

Qonaqlar çıxışları zamanı layihəni yüksək qiymətləndirərək bildiriblər ki, layihə gənclər arasında vətənpərvərlik hissinin artırılması və vətən uğrundan canlarından keçmiş qəhrəmanlarımızın gənclər arasında tanınmasına yardımçı olacaq. Həmçinin qeyd olunub ki, müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq, gənclər arasında bu istiqamətdə marifləndirmənin geniş aparılması mütləqdir və bu tip layihələrin həyata keçirilməsi  təqdirəlayiqdir.

Qeyd edək ki, layihənin əsas məqsədi, Qarabağdan didərgin düşmüş, habelə hal hazırda Ağdam, Tərtər, Füzuli və digər rayonlarında yaşayan vətəndaşlarımızın Qarabağ və gündəlik yaşamları barədə düşüncələrini, müharibənin onlara yaşatdığı iztirabları, ağrı-acıları,  Qarabağ həqiqətlərini filmlər vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində 4 videoçarx hazırlanmışdır ki, bunalardan 2 film təqdimat mərasimində nümayiş olundu. Qeyd edək ki, layihə silsiləvi xarakter daşıyır,layihə çərçivəsində mütəmadi olaraq Milli Qəhrəmanlarımız, şəhidlərimiz haqqında marifləndirici filmlər çəkiləcək.

Trend   milli.az  day.az  azvision.az  1news.az   atv.az  salamnews.org  gün.az