1 Gənc 1 Hekayə 1 Uğur

"ASAN Könüllüləri" Təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "ADA" Universitetinin təşkilati dəstəyi və Bəxtiyar İslamovun rəhbərliyi ilə keçiriləcək "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsi 2016-ci ildə ilk tədbiri ilə qarşınızdadır.

"1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin növbəti qonağı 2000-2002-ci illərdə Vaşinqton Universitetində Sosial və İqtisadi İnkişaf üzrə Magistr təhsili almış, magistr təhsilini bitirdikdən sonra 2003-cü ildə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyini təsis etmiş və sədri kimi fəaliyyət göstərmiş, 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində İE Biznes Məktəbində Biznesin idarə edilməsi Qlobal Menecment üzrə magistr təhsili almış və 2007-ci ilin yanvar ayından ADA Universitetinin prorektoru Fariz İsmayılzadədir.

Bildirək ki, layihənin əsas məqsədi şəxsi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkmək, bu məqsədlə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini gənclərlə bölüşmələrini təmin etməkdir. Silsilə şəkilli görüşlərdən ibarət olacaq bu layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləyəcəklər.

Layihə 18 fevral, saat 17:30-da "ADA" Universitetində baş tutacaqdır.

Nəzərinizə çatdıraq ki, sonuncu suala ən dolğun və maraqlı cavab verən şəxs hədiyyə qazanacaq.

Müraciət üçün son tarix 17 fevraldır (15:00).

Qeydiyyat