Tələbə Oskarı: Tələbələr arası qısametrajlı film festivalı

Sözügedən layihə “Azərbaycan kinosu 2008-2018-ci illərdə” Dövlət Proqramı çərçivəsində kino sahəsində istedadlı və yaradıcı gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə "ASAN Könüllüləri" Təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və ASAN Könüllüsü İbrahim Osmanovun ideya müəllifliyi ilə həyata keçirilir.

Müsabiqə çərçivəsində göndərilmiş qısametrajlı filmlər ilkin mərhələdə "ASAN Könüllüləri" Təşkilatının işçi qrupundan formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Növbəti mərhələyə vəsiqə qazanmış qısametrajlı filmlər isə xüsusi qonaqlar tərəfindən 20 fevral tarixində 1 saylı "ASAN xidmət" mərkəzində keçiriləcək layihənin bağlanış mərasimi zamanı "çəkiliş", "sosial mesaj/süjet xətti" və "kreativ yanaşma" kriteriyaları üzrə qiymətləndiriləcəkdir. Nəzərinizə çatdıraq ki, III yerin qalibi sertifikat və Tələbə Oskar mükafatı, II yerin qalibi diplom və Tələbə Oskar mükafatı, I yerin qalibi isə diplom, Tələbə Oskar mükafatı və təcrübə proqamından keçmək şansı ilə təltif olunacaqdır. Bildirək ki, "Tələbə Oskarı: Tələbələr arası qısametrajlı film festivalı" layihəsinin bağlanış mərasimi 2016-ci il 20 fevral tarixində 1 saylı Bakı "ASAN xidmət" mərkəzində keçiriləcəkdir.

Müsabiqədə iştirak üçün aşağıdakı şərtlər ilə tanış olmağınız xahish olunur:

1. Müsabiqəyə 2013-cü ilin yanvar ayının 1-indən indiyədək çəkilmiş qısa metrajlı filmlərlə müraciət edilə bilər.
2. Qısa metrajlı filmin mövzusu sərbəst olmaqla yanaşı hər hansı bir sosial mesajı özündə daşımalıdır (Nümunə təhsil, ətraf mühit, zərərlə vərdişlər, vətənpərvərlik, tarix, mədəniyyət və bu kimi sosial mesaj daşıyan filmlər).
3. Heç bir sosial mesaj daşımayan qısa metrajlı film qəbul olunmuyacaqdır.
4. Kommersiya məqsədi üçün hazırlanmış qısa metrajlı filmlər qəbul edilmir.
5. Hər hansı bir qurum və təşkilat üçün hazırlanmış qısa metrajlı film yalnız yayım hüququna sahib şəxs tərəfindən müsabiqəyə qatıla bilər.
6. Etik normalara, dövlət qanunvericiliyinə zidd, o cümlədən özündə dini, siyasi, etnik təbliğat daşıyan qısa metrajı filmlər layihəyə qəbul edilmir.

Müraciət üçün son tarix 17 fevraldır (15:00).

 

Qeydiyyat: