Sənan Eminov "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin qonağı olub

"ASAN Könüllüləri" Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəv dəstəyi ilə keçirilən "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin növbəti görüşü baş tutub.

Layihəsinin budəfəki qonağı Azərbaycanın ən gənc alimi, Bakı Ali Neft Məktəbində Bərpaolunan Enerji Mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov olub. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində təşkil olunan görüşdə, qonaq karyera və təhsildə uğur qazanmağın sirrini gənclərlə bölüşüb və onların suallarını cavablandırıb. Tədbirin sonunda "uğuru bir cümlə ilə ifadə et" müsabiqəsinin qalibi təşkilat tərəfindən hədiyyə ilə mükafatlandırılıb.

milli.az   day.az   trend.az