Bəxtiyar Aslanbəyli "1 Gənc 1 Hekayə 1 Uğur" layihəsinin qonağı

"1 Gənc 1 Hekayə 1 Uğur" layihəsinin növbəti qonağı "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub. 
Uğura aparan yolun səbr və inadkarlıqdan,davamlı olaraq özünü inkişafdan keçdiyini söyləyən Bəxtiyar Aslanbəyli öz təcrübə və nailiyyətlərini gənclərlə bölüşüb. Görüşün sonunda gəncləri maraqlandıran bir sıra suallar səsləndirilib və suallar Bəxtiyar Aslanbəyli tərəfindən cavablandırılıb.