1-ci Beynəlxalq Startup Akademiyası Gəncə:2016 "Marketing strategy and Sales"

Startup Akademiyasında təlimlər son sürətlə davam edir!
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən Azərbaycan Startup Festivalı çərçivəsində "1-ci Beynəlxalq Startup Akademiyası Gəncə:2016" layihəsində gənc startupçılara Günay Məmmədlinin təqdimatında "Marketing strategy and Sales" təlimi keçirilmişdir. Təlimdə maraqlı müzakirələr və praktiki tapşırıqlarla şirkətlərin marketinq və satış strategiyalarından bəhs edilmişdir.