Nümayəndələrlə müsahibə

Masallı "ASAN xidmət" mərkəzinin könüllüsü Elmin Şabiyev ilə müsahibə.

── Salam, zəhmət olmasa özünüzü təqdim edərdiz.

── Mən Elmin Şabiyev Vəkil oğlu 5 oktyabr 1996-cı ildə Masallı rayonu Həsənli kəndində anadan olmuşam. Orta təhsilimi Masallı rayonu S.Tağıyev adına 4 saylı Digah tam orta məktəbində almışam.

── Necə oldu ki, ASAN könüllüsü olduz?

── Könüllü olmadan öncə “ASAN” könüllüləri haqda geniş informasiyam var idi. Hələ Masallı Regional “Asan Xidmət” mərkəzi açılmamışdan əvvəl çox istəyirdim Bakı şəhərindəki mərkəzlərdən birində ASAN könüllüsü olmaq, amma rayonda yaşamağım buna imkan vermirdi. Sonra öz rayonumuzda “Asan Xidmət” mərkəzi istifadəyə verildi və mən bu mərkəzin ilk könüllülərindən oldum. Məqsədim “ASAN”ın iş prinsipin, burda xidmət göstərən dövlət orqanlarının fəaliyyətin öyrənmək idi.

── Könüllülük fəalliyyəti ərzində təəssüratlarınız necə oldu?

──  “ASAN” könüllüsü olmağım çox xoş təəssüratlarla yadda qaldı. Burdakı gülərüz, mehriban kollektivi gördükdən sonra “burası tam mənlikdir” dedim. Sıfırdan hər şeyi öyrənmək, bilmək çox gözəldir. Burada mən gözlədiyimdən də artıq təcrübə topladım. Müxtəlif layihə və tədbirlərdə sevə-sevə iştirak etdim. Həmçinin gülərüzlülüyün necə gözəl təəssürat bağışladığının şahidi oldum. Masallı “ASAN xidmət” mərkəzinin ilk könüllülərdən olmağıma görə isə çox şanslıyam. Nə yaxşı ki, könüllü olmuşam, nə yaxşı ki, “ASAN” könüllüsü olmuşam. Yaradılan bu şəraitə görə əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

── Bu müddət, “ASAN”dakı fəaliyyət nələri qazandırdı sizə?

── “ASAN xidmət” mənə nələr yox mən hətta deyərdim nələr-nələr qazandırdı. Gözəl kollektiv, dünyagörüşü, ünsiyyət bacarığı, daha gözəl idarəçilik bacarığı və ən əsası gözəl dostlar qazandırdı. Həyatımın ən gözəl dostluqlarını burada qazandım. Ən gözəl anlarım onlarla oldu. Qazandıqlarımı saysam gərək ki, vərəq yetməz.

── Hal-hazırdakı hansı işdə çalışırsız?

── Hal-hazırda Masallı regional “ASAN xidmət” mərkəzi könüllülərinin nümayəndəsi vəzifəsində çalışıram. Burada məndən əlavə iki dəyərli həmkarlarım da var. Həmişə ən böyük arzum könüllülərlə işləmək olub. Bizim buradakı işimiz də bir növ könüllülərlə bağlıdır, onların ideya, təklif, şikayətlərin dinləyir, ideya və təkliflərinə dəstək olmaq və şikayətlərin həll etməyə çalışırıq. Habelə, müxtəlif tədbir, təlimlərimizə könüllülərimizi cəlb edib, onların şəxsi inkişafının yüksəldilməsinə təkan veririk.

── Gələcək planlarınız barədə nə deyə bilərsiz?

── Gələcəkdə planlarım çoxdur. Ən birincisi özümün fərdi könüllü proqramımı yaratmaqdır.

Vaxtınızı ayırdığınız üçün minnətdarıq.