Nümayəndələrlə müsahibə

Bərdə "ASAN xidmət" mərkəzinin könüllüsü Nurəddin Əliyev ilə müsahibə.

── Salam, zəhmət olmasa özünüzü təqdim edərdiz.

──  Salam, xoş gördük. Mən Əliyev Nurəddin Etibar oğlu 01.12.1992-ci ildə Yevlax rayon Malbinəsi kəndində anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra bir müddət Yevlax şəhər inizbati ərazi dairəsində fərdi sahibkar kimi fəaliyyət göstərmişəm. Həmin sahibkarlıq fəaliyyətimi 2015-ci ilə qədər davam etdirmişəm. 2016-ci ildə Gürcüstan Respublikasında yerləşən Yüksək Təhsil Akademiyasının “İqtisadiyyat” fakültəsinin “Maliyyə” ixtisasına daxil olmuşam, hal-hazırda həmin təhsil müəssisəsinin birinci kurs tələbəsiyəm. Nəhayət, 21.01.2016-cı ildə Bərdə Regional “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətinə başlamışam, həmin fəaliyyətimi 21.05.2016-cı ildə başa vurmuşam. Elə həmin vaxtdan Bərdə Regional “ASAN xidmət” mərkəzində “Yaşıl ASAN” layihəsi üzrə koordinator vəzifəsinə namizədlik vermişəm və uğur qazanaraq seçilmişəm. Həmin fəaliyyətimi uğurla başa vurduqdan sonra Bərdə Regional “ASAN xidmət” mərkəzi üzrə “ASAN Könüllüləri” Təşkilatına nümayəndə seçilmək üçün namizədlik verdim, 10.10.2016-cı ildən namizədliyimdə uğur əldə edərək Bərdə Regional “ASAN xidmət” könüllüləri üzrə nümayəndə seçildim.

── Necə oldu ki, ASAN könüllüsü olduz?

── Həyatda həmişə planlı şəkildə hərəkət etmişəm , əvvəlcədən hədəflərimi müəyyən etmişəm və belə də oldu, qərara aldım ki, hər bir Azərbaycan gənci kimi mən də vətənə, xalqa fəal gənc kimi könüllü olaraq  xidmət göstərməklə yanaşı “ASAN xidmət” mərkəzində özümü  ASAN könüllüsü kimi görmək istədim və istəyimə də nail oldum.

── Könüllülük fəalliyyəti ərzində təəssüratlarınız necə oldu?

── Öncə gözəl kollektivlə tanış oldum, yeni dostlar tapdım, günlərimiz çox gözəl, çox rəngarəng keçdiyindən vaxtın necə gəlib keçdiyini heç hiss etmədim.Vaxtım bitəndə burdan ayrılmaq istəmədim, ona görə ki, gözəl kollektivdən ayrılmaq mənə çətin gəlirdi.

── Bu müddət, “ASAN”dakı fəaliyyət nələri qazandırdı sizə?

── ASAN könüllülüyün verdiyi bilik, təcrübə, vətənpərvərlik, kamillik və “ASAN xidmətin” pirnsipləri operativlik, nəzakətlilik, məsuliyyətlilik, rahatlıq  və şəffaflıq əsasında yetişdik və yetişdirdik. Bu sistemi çox gözəl qavradım və “ASAN Könülləri” Təşkilatının nümayəndəsi  seçildim, bir sıra lahiyələrdə, təlimlərdə iştrak etdim. Çox gözəl düşüncə tərzinə yiyələndim.Təşkilatçılıq, idarəçilik, kriativlik və təmsilçilik sahəsində təcrübə əldə etdim.   Təmsil etdiyim “ASAN xidmət” mərkəzinin uğuru olaraq Spartakiadada “Sağlamlıq oyunları”nın qalibi sevincini yaşamaq nəsibimiz oldu. “ASAN futbol” turnirinin final mərhələsinə vəsiqə qazandıq.

── Hal-hazırda hansı işdə çalışırsız?

── Hal-hazırda “ASAN Könüllüləri” Təşkilatının Bərdə Regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsiyəm.

──  Gələcək planlarınız barədə nə deyə bilərsiz?

── Hədəflərim hər zaman böyük olub və hədəflərimi müəyyən etməkdə çətinlik çəkməmişəm.  Uğur zirvəsinə çatmaq üçün heç zaman yorulmadım, daima cəhd etdim, ülvi və pak hislərimlə məqsədlərimə nail olacağıma inanıram. Mən də bir fəal və aktiv Azərbaycan gənci olaraq qarşıma məqsədlər, planlar qoymuşam və hər gün müəyyən etdiyim hədəfə doğru addım atıram.

   Vaxtınızı ayırdığınız üçün minnətdarıq.