Uşaqlar hər zaman gülümsəsin adlı aksiya keçirilib.

ASAN məktub 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Uşaqlar hər zaman gülümsəsin” adlı aksiya keçirib. 4 yaşadək kimsəsiz və aztəminatlı ailələrin uşaqlarının arzularını reallaşdıran-www.asanmektub.az layihəsinə dəstək məqsədilə yazılmış, Nadir Adilov və Elvin Pashayevin birgə qələmə aldığı “Könüllülük: uğur formulu” adlı şəxsi inkişaf kitabına Korporativ Sosial Məsuliyyət çərçivəsində ölkəmizdə fəaliyyət göstərən aparıcı müəssisələr dəstək göstərib. Aksiya çərçivəsində aztəminatlı ailələrin uşaqlarının, o cümlədən fiziki məhdudiyyətli balacalarımızın arzu və istəkləri www.asanmektub.az layihəsi çərçivəsində reallaşdırılıb və uşaqlarımız hədiyyələr ilə sevindirilib. Korporativ Sosial Məsuliyyətlilik ənənələrini yaşadan və bu aksiya dəstək verən bütün tərəfdaşlara öz təşəkkürümüzü bildirir və bu istiqamətdə layihələrin, tədbirlərin daha çox keçirilməsi, xeyirxahlıq və məsuliyyətlilik hissinin aşılanması üçün birgə təşəbbüslərin icrasına hər zaman hazır olduğumuzu bildiririk.

Aksiyamıza dəstək göstərən Baku 2017Baku City CircuitZİRƏ Futbol KlubuAzfar Group BHM Baku Law Centre , Azersun CareerCoca-Cola Bottlers AzerbaijanEkvita , ServierAvromedAzərbaycan Texnologiya UniversitetiHalal Poliqrafiya.Veysəloğlu MMCAvrasiya HospitalTNT AzerbaijanAzerbaycan Turizm ve Menecment UniversitetiSağlam Ailə Tibb Mərkəzi , Şəms Tərcümə Xidmətləri MərkəziATL Tech,iTicket.AZAli and NinoPero Defterxana,kitabevim.azAkademiya Kitab MerkeziHediyye.ala dərin təşəkkürümüzü bildiririk.

Məlumat üçün bildirək ki, ASAN məktub layihəsi ASAN Könüllüləri / ASAN VolunteersAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və United Aid For Azerbaijan (UAFA)-nın təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi və Bakcellin mobil rabitə dəstəyi ilə reallaşdırılır.

#1iyun #uşaqhüquqlarıgünü #asanmektub#asankonulluleri