Şəms Tərcümə Xidmətləri Mərkəzində məlumatlandırıcı görüş


    ASAN Könüllüləri Təşkilatı və Şəms Tərcümə mərkəzinın birgə tərəfdaşlığı ilə ASAN xidmət mərkəzlərində və Şəms Tərcümə Xidmətləri Mərkəzinin ofisində könüllülər üçün tərcümə xidmətləri sahəsi üzrə məlumalandırıcı görüşlər keçirilmişdir.
    Görüş çərçivəsində Şəms Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov  çıxış edərək könüllülük fəaliyyətinin və  tərcümə xidmətlərinin ölkəmizdə turizm imkanlarının artdığı dövrdə vacibliyindən danışmış və gənc tərcüməçilərin bu gün onların müəssisənindəki fəaliyyətində rolunu qeyd etmişdir. ASAN könüllülərinə faəliyyətlərində uğurlar arzulamışdır.
    Görüşlərin keçirilməsində məqsəd könülülərə bu fəaliyyətin önəmini anlatmaq və könüllülərə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində tərəfdaş şirkətlərinin dəstəyini nümayiş etdirmək, dilçilik və tərcüməçilik fəaliyyətininin praktiki tərəflərini maraqlı şəxslərə çatdırmaqdır.
    Qeyd edək ki, görüşlər çərçivəsində tədbirdə iştirak edən bir qrup könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı Şəms Tərcümə şirkəti tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində  hədiyyə olunmuşdur.